haberL haberR

Türkiyə Məhəmməd Mursiyə vətəndaşlıq verəcək?

Kateqoriya: Siyasət Yayımlama tarixi: 04.06.2015 14:52:47

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin edam cəzasından xilas olmaq üçün Türkiyə vətəndaşlığını qəbul edəcəyi iddiası yayılıb

İslamazeri.az-ın "Hurriyyet"-ə istinadən verdiyi xəbərə görə, Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin edam cəzasından xilas olmaq üçün Türkiyə vətəndaşlığına keçəcəyi iddiası Ankara tərəfindən təkzib edilibə.

Türkiyə rəsmiləri Xarici İşlər Nazirliyinin gündəmində belə bir məsələnin olmadığını vurğulayıb. Rəsmilər xarici işlər naziri Mövlud Çavuşoğlunun mayın 27-də Hollandiyanın Rotterdam şəhərində verdiyi bəyanatını xatırladıb. 

Çavuşoğlu Rotterdamda bunları demişdi: "Mursinin edamı siyasi motivli qərardır. Avropa İttifaqı qurumları və körfəz ölkələri nəzində cəhdlər edirik. Biz əvvəldən Mursinin üçüncü ölkəyə getməsini deyirik. Türkiyəyə gələrsə, yanlış düşüncələrə səbəb olacaq. Körfəz ölkələri məsələyə müdaxilə edərsə, Mursinin 3-cü ölkəyə getmə qərarı təsdiqlənə bilər".

Misirdə nəşr olunan "Al-Alam Al-Youm" qəzeti, Misirin eks-prezidenti Məhəmməd Mursinin edam hökmündən xilas olmaq üçün Misir pasportundan imtina edərək başqa bir ölkənin vətəndaşlığına keçməsinin lazımlığını yazmışdı. Misir qanunlarına görə, xarici ölkə vətəndaşları haqqındakı edam cəzalarını məhkəmə qərarı ilə ləğv etmək olur. "Al-Alam Al-Youm" qəzetinə müsahibə verən mütəxəssislər Mursinin Türkiyə vətəndaşlığını ala biləcəyini irəli sürmüşdülər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.