haberL haberR

Türkiyə Mursini unutdumu? - Misirin Sisi rejimi ilə də əlaqələr düzəlir

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.06.2016 15:03:42

Türkiyə təkcə İsrail və Rusiya ilə deyil, ən böyük dəstəklədiyi Mursini devirən Misirin Sisi rejimilə də əlaqələri yaxşılaşdırmaq istəyir

İslamazeri.az-ın verdiyi xəbərə əsasən, Türkiyənin baş-naziri Binəli Yıldırım Aralıq və Qara dənizləri rayonlarında yerləşən bütün qonşu ölkələrlə əlaqələrini normallaşdırmaq niyyətində olduğunu bildirib.

“Bizim hədəfimiz – təkcə Rusiya və Misirlə deyil, bütün Aralıq və Qara dənizləri üzrə olan qonşu-ölkələrlə əlaqələri bərpa etməkdir.”,  – deyə Yıldırım hakim partiyanın iclasında bildirib.

Dünən məlum olub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə göndərdiyi məktubda vurulmuş Su-24 təyyarəsinə görə üzr istəyib, onun pilotunun həyatını itirməsi ilə bağlı öz başsağlığını bildirib, həmçinin bildirib ki, Ankara özünün strateji müttəfiqi hesab etdiyi Moskva ilə əlaqələri pozmaq istəmirdi.

Rus mediası maraqlı bir məlumat yayıb. RİA-nın yazdığına görə, Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, ölkəsi vurulmuş Su-24 görə dəymiş ziyanı ödəməyə hazırdır; lakin Türk mediası Yıldırımın belə açıqlama vermədiyini qeyd edib.

Bundan əlavə, Türkiyə bu gün səfirlərin Ankara və Qüdsə qayıtmasını razılaşdıraraq, İsraillə əlaqələrinin normallaşdırılmasına dair sazişə imza atıb..

Türkiyə-Misir əlaqələri isə Muhəmməd Mürsinin devrilməsi və onun ardınca ölkədə baş vermiş toqquşmalardan sonra pisləşib. Ərdoğan misirli hərbçilərin hərəkətlərini sərt şəkildə pisləyib və bildirib ki, Mürsini Misirin legitim prezidenti hesab edir. Ankara və Qahirə 2013- cü ildə məsləhətləşmələr üçün öz səfirlərini geri çağırıblar, bundan sonra diplomatları persona-non- qrata adlandırıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.