haberL haberR

Türkiyə öldürülən çevriliş tərəfdarlarının sayı açıqlandı

Kateqoriya: Dünya Yayımlama tarixi: 16.07.2016 13:55:07

“104 üsyançı məhv edilib”.

İslamazeri.az-ın "Ria Novosti"yə istinadən verdiyi xəbərə əsasən, Türkiyə birinci ordusunun komandanı Ümid Dündar mətbuat konfransında bildirib ki, dövlət çevrilişinin 100 nəfərdən çox iştirakçısı məhv edilib.

“104 üsyançı məhv edilib”, – deyə baş qərargahın vəzifələrini yerinə yetirən şəxs bildirib. Onun sözlərinə görə, 1563 hərbçi həbs edilib.

O əlavə edib ki, 41 polis, 2 hərbçi və 47 mülki şəxs daxil olmaqla, ümumilikdə 90 nəfər həyatını itirib və daha 1154 nəfər isə yaralanıb.

Dündar həmçinin bildirib ki, çevriliş iştirakçıları bir neçə yüksək rütbəli zabiti naməlum istiqamətdə aparıblar. Onların bəziləri ilə hələ də əlaqə qurmaq mümkün olmayıb.

Bununla yanaşı, Dündar qeyd edib ki, hərbi çevrilişlər zamanı keçib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.