haberL haberR

Türkiyə ordusu ilə PKK arasında toqquşma

Kateqoriya: Region Yayımlama tarixi: 03.05.2016 11:45:31

Türkiyənin cənub-şərqində ordu ilə PKK arasında toqquşma baş verib.

İslamazeri.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, Türkiyə baş-qərargahından bildirilib ki, ölkənin cənub-şərqində ordu ilə PKK arasında baş vermiş silahlı toqquşma nəticəsində 2 hərbçi həyatını itirib və 5 PKK üzvü öldürülüb: “Hakkari əyalətinin Şemdinli rayonunda separatçı terror təşkilatının yaraqlılarının qumbaraatan və avtomatlarla hücum etməsi nəticəsində 2 hərbçi yoldaşımız dünyasını dəyişib. Hərbçilərimiz dərhal cavab atəşi açaraq, 5 terrorçunu məhv edib.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.