haberL haberR

Türkiyə parlamenti İsraillə münasibətlərin normallaşdırımasına dair müvqaviləni təsdiqləyib

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.08.2016 11:02:24

İsrail hərbçiləri isə cinayət və hüquqi məsuliyyətə cəlb olunmayacaqlar.

İslamazeri.az-ın "Associated Press"-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə arlamenti şənbə günü rəsmi Tel-Əviv və Ankaranın münasibətlərinin normallaşdırılması haqqında müqaviləni ratifikasiya edib (təsdiq edib).


Müqaviləyə əsasən, İsrail 25 gün ərzində Türkiyəyə 2010-cu ildəki "Mavi Mərmərə" hadisəsinə görə 20 milyon dollar təzminat ödəməlidir. Məhz adıçəkilən hadisə iki ölkə arasında olan münasibətlərin pisləşməsinə səbəb olmuşdu.
 
İsrail və Türkiyə münasibətlərin normallaşdırılması haqqında razılığı iyun ayının 28-i imzalayıblar.
 
Daha əvvəl bildirilirdi ki, əgər müqavilə təsdiq olunarsa, Türkiyə hadisə ilə bağlı bütün iddialardan əl çəkməyi öhdəsinə götürür. İsrail hərbçiləri isə cinayət və hüquqi məsuliyyətə cəlb olunmayacaqlar.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.