haberL haberR

Türkiyə qırıcıları Suriya ilə sərhəddə İŞİD-ə zərbələr endirir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 24.08.2016 17:38:53

Türkiyənin 2 F-16 qırıcısı Suriya ilə sərhəddə yerləşən ərazi üzərində havadadırlar

İslamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə əsasən, hərbi dairələrdəki mənbələrdən bildiriblər ki, Türkiyənin 2 F-16 qırıcısı Suriya ilə sərhəddə yerləşən ərazi üzərində havadadırlar və İŞİD terror qruplaşmasının obyektlərinə zərbələr endirib.

Türkiyə ordusu çərşənbə günü səhər saatlarında koalisiya təyyarələrinin dəstəyi ilə Cərablus şəhərinin azad edilməsi üçün hərbi əməliyyata başlayıb. "Anadolu" agentliyi bildirib ki, Türkiyə HHQ-ə məxsus təyyarələr Cərablus ərazisində olan İŞİD terrorçularına hava zərbələri endirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.