Türkiyə rus pilotları azərbaycanlılarla əvəz etdi

Türkiyə bu il meşə yanğınlarını söndürmək üçün Rusiya deyil, Azərbaycan pilotlarının xidmətindən istifadə edəcək. Ans-in məlumatına görə, buna səbəb kimi Ankara və Moskva arasında baş verən qırıcı qalmaqalı göstərilir.
Muğla şəhərinin Meşə Bölgə Təşkilatının rəhbəri Mehmet Çelik deyib ki, rusları azərbaycanlılarla yanaşı Qazaxıstan və Ukrayna pilotları əvəz edə biləcək. Çelik bildirib ki, Muğla şəhərinin meşələrində baş verə biləcək yanğının qarşısını almaq üçün 1400 işçi təlimatlandırılıb.
“68%-i meşə ilə örtülən şəhərin yanğından mühafizəsi üçün 4 helikopter ayrılıb. Helikopterlərdən 3-ü artıq hazır vəziyyətə gətirilib. Həmçinin yanğınları söndürmək üçün 250 texniki personal, 33 su maşını və digər müvafiq texnika cəlb ediləcək. Amma bu il həmin helikopterləri Rusiya pilotları idarə etməyəcək. Belə bir addımın atılmasına səbəb iki ölkə arasında baş verən diplomatik gərginlikdir”.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.