haberL haberR

Türkiyə Rusiyaya “İncirlik” bazasından istifadə etməyə icazə verə bilər

Kateqoriya: Siyasət Yayımlama tarixi: 04.07.2016 13:57:52

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Ankaranın Rusiyaya “İncirlik” aviabazasından İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar üçün istifadə etməyə icazə verəcəyini istisna etməyib.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə görə, Mövlud Cavuşoğlu deyib: “Biz İŞİD-lə mübarizə aparan hər kəslə əməkdaşlıq edəcəyik. Biz əvvəldən bu mübarizəni aparırıq və biz “İncirlik” bazasını bunda iştirak etmək istəyənlər üçün açıq etmişik. Nəyə görə Rusiya ilə də belə müttəfiqlik etməyək ki!? İŞİD – bizim hamımızın düşmənidi və onunla mübarizə aparmaq lazımdır. Bu mexanizmin həyata keçirilməsi və bütün istənilməz insidentlərin qarşısını almaq üçün son dərəcə mühümdür. Bu mövzu üzrə Sergey Lavrovla da fikirlərimiz üst-üstə düşdü.”

 

Hazırda “İncirlik” bazasında ABŞ HHQ-in təyyarələri yerləşməkdədir. Bundan əlavə burada Alman bundesverinin missiyası da öz fəaliyyətini göstərir.

Rusiya HKQ terrorçuların mövqelərinə zərbələr endirmək üçün Suriyanın Xmeymim bazasını istifadə edir.

 

Moskva ilə Ankarının arasındakı münasibətlər  Rəcəb Tayyib Ərdoğanın iyunun 27-si Putinə göndərdiyi məktubda vurulmuş Su-24 təyyarəsinə görə üzr istəməsindən, pilotun ölümü ilə bağlı başsağlığı bildirməsindən sonra yaxşılaşıb.

Putin Ərdoğanla telefon danışığından sonra məlum Su-24 hadisəsindən sonra Türkiyəyə qarşı tətbiq edilmiş xüsusi-tədbirləri korrektə edən əmr vermişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.