haberL haberR

Türkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.09.2016 14:44:05

Türkiyə sərhədi İŞİD-dən azad edilib.

İslamazeri.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə əsasən, hərbi mənbədən bildiriblər ki, Azad Suriya Ordusu (ASO) İŞİD terrorçularını mövqelərindən sıxışdıraraq, Türkiyə ilə sərhədi tam nəzarət altına götürüb.

"Türkiyə sərhədi İŞİD-dən azad edilib. Azad Suriya Ordusu Əzəz yaşayış məntəqəsindən Cərablus şəhərinədək olan əraziləri öz nəzarəti altına alıb.", - deyə bildirilir.

"Fərat Qalxanı"

Avqust ayının sonunda Türkiyə ordusu Cərablus şəhərinin terrorçulardan azad edilməsi üzrə "Fərat Qalxanı" adlı əməliyyata başlayıb. Ankara Suriya ərazisinə tank bölmələri yeridib və terrorçuların mövqelərinə bir neçə hava zərbəsi endirib.

Daha əvvəl bildirilirdi ki, Türkiyə hərbçiləri Cərablusa həmlə ilə kifayətlənməyiblər. Tanklar və zirehli avtomobillər Suriyanın Hələb vilayətində də görünüblər.

Rəsmi Dəməşq rəsmi Ankaranı Suriyanın müstəqilliyini pozmaqda ittiham edir.

Kürdlərin problemi

Suriya müxalifəti İŞİD terrorçularını Cərablusdan çıxardıqdan sonra, Türkiyə Xarici İşlər Nazirliyi  kürdlərdən Fərat çayından qərbdəki əraziləri tərk etməyi tələb ediblər. Kürdlər tələbə tabe olmadıqları təqdirdə onlara ulitmatumdan sonra ABŞ bildirib ki, Vaşinqtondan dəstək alan kürdlər Ankaranın tələbini yerinə yetiriblər. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirb ki, buna inanmır. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti "öz məlumatlarına"  əsaslanmaq niyyətindədir.

Kürdlərin özləri isə hesab edirlər ki, Ankaranın əməliyyatının hədəfi İŞİD terrorçuları yox, məhz  kürdlərdilər.

"Terrorçular ilə mübarizə haqqında olan bütün sözlər maskalanmaqdır. Türkiyənin həqiqi hədəfi kürdlərə qarşı müqavimətdir.", - deyə Suriya Kürdüstanının Moskvadakı nümayəndəliyinin başçısı Rodi Osman bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.