haberL haberR

Türkiyə Suriyada kürdlərlə barışıq əldə edildiyini inkar edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 31.08.2016 12:32:22

Türkiyə hərbçiləri kürd silahlı qüvvələrinin nümayəndələri ilə atəşəkəsə dair saziş bağlamadıqlarını bildiriblər.

İslamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Türkiyə dairələrindəki mənbədən bildiriblər ki, Türkiyə hərbçiləri kürd silahlı qüvvələrinin nümayəndələri ilə atəşəkəsə dair saziş bağlamadıqlarını bildiriblər.
Xatırladaq ki, daha əvvəl Pentaqon təmsilçisi Con Tomas bildirmişdi ki, amerika hərbi müəssisəsinin əlində Türkiyə və kürdlərin Suriyada müvəqqəti razılığa gəldiklərinə dair sübut var.
Qeyd edək ki, ABŞ hökuməti daha əvvəl Türkiyənin Suriya ərazisindəki kürd qüvvələrinə olan zərbələrini pisləyib və Ankaranı diqqəti İŞİD-lə mübarizə üzərində cəmləşdirməyə səsləyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.