haberL haberR

Türkiyə Suriyanın şimalında müəyyən edilmiş 12 İŞİD hədəfindən 11-i darmadağın edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 24.08.2016 13:05:56

Türkiyə HHQ-ə məxsus F-16 qırıcıları Kəklicə və Cərablus şəhərlərinin ərazilərində müəyyən edilmiş hədəflərə zərbələr endirməyə davam etməkdədir.

İslamazeri.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə əsasən,  Türkiyənin F-16 qırıcıları Suriyanın Cərablus şəhəri ərazisində şəhərin İŞİD-dən azad edilməsi üçün koalisiyanın əməliyyatı çərçivəsində İŞİD terror qruplaşmasının müəyyən edilmiş 12 hədəfindən 11-i darmadağın edib.

Agentliyin mənbəsinin məlumatına əsasən, Suriyanın şimalında əməliyyat çərçivəsində Türkiyə HHQ-ə məxsus F-16 qırıcıları Kəklicə və Cərablus şəhərlərinin ərazilərində müəyyən edilmiş hədəflərə zərbələr endirməyə davam etməkdədir.

“TSQ-ın Suriyanın şimalındakı hərbi əməliyyatının hədəfi dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, İŞİD terror təşkilatına müqavimət çərçivəsi daxilində beynəlxalq koalisiya qüvvələrinə dəstəyin göstərilməsi və Suriyanın ərazi bütövlüyünə dəstəkdir.”, - deyə hərbi mənbədən bildiriblər.

İŞİD terrorçularının Cərablus regionunda olan mövqelərinə Türkiyənin sərhədyanı ərazilərindən intensiv artilleriya zərbələri endirilir. Həmçinin tanklardan da atəş açılır. TSQ Baş Qərargah rəisi Hülusi Akar əməliyyat qərargahındadır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.