haberL haberR

Türkiyə və Rusiya millilərinin Antaliyada yoldaşlıq görüşü keçiriləcək

Kateqoriya: İdman Yayımlama tarixi: 09.08.2016 16:05:09

Oyun 2018-ci il Dünya Çempionatının seçmə turuna hazırlıq çərçivəsində keçiriləcək.

İslamazeri.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin kişilərdən ibarət futbol üzrə yığma komandası Rusiya komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Oyun 2018-ci il Dünya Çempionatının seçmə turuna hazırlıq çərçivəsində keçiriləcək. Komandalar avqustun 31-i Türkiyənin Antaliya şəhərində görüşəcək. Görüşün dəqiq vaxtı bu günlərdə elan ediləcək.

Son 22 il ərzində ilk dəfə olaraq Rusiya yığması Türkiyəyə gələcək.

Komandalar ümumilidə 17 oyun keçiriblər. Türkiyə yığması 3 oyunda qalib gəlib, digər 14 görüşdə ruslar üstün olublar. Bərabərlik qeydə alınmayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.