haberL haberR

Türkiyədə 4 yeniyetməni PKK-ya aparmaq istəyən 2 nəfər saxlanıldı

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.07.2015 11:50:17

Diyarbəkirin Bismil rayonunda əməliyyat keçirilib

İslamazeri.az Türkiyə mediasına istinadən xəbər verir ki, Diyarbəkirin Bismil rayonunda hərbi polis tərəfindən həyata keçirilən əməliyyatda yaşları 15- 16 olan 4 yeniyetməni PKK-ya qatılmaq üçün dağlara aparmağa çalışan 2 nəfər yaxalanıb.

4 yeniyetmə isə ifadələri alındıqdan sonra ailələrinə təhvil verilib.

Diyarbəkir İcra Hakimiyyətindən verilən məlumata görə, Diyarbəkir vilayəti və Bismil rayon Hərbi polis Komandanlığı Bismil rayonunun mərkəzində yaşayan K.T. Və A.Y-nin kiçik yaşda uşaqları aldadaraq PKK-nın dağ heyətinə aparmağa çalışdıqları məlumatını aldıqdan sonra əməliyyat keçirib. Dünən həyata keçirilən əməliyyat çərçivəsində şübhəli şəxslər mikroavtobusun içərisində şəxsiyyət vəsiqələri üzərlərində olmayan 4 yeniyetmə ilə birgə saxlanılıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.