haberL haberR

Türkiyədə ali hərbi məktəblər bağlandı

Kateqoriya: Dünya Yayımlama tarixi: 31.07.2016 11:35:22

Türkiyənin rəsmi qəzetində bu gün ali hərbi məktəblərin bağlanması qərarı dərc edilib

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bundan sonra Türkiyədəki ali hərbi məktəblər fəaliyyətini dayandırır və Milli Müdafiə Universiteti təsis edilir.

Digər qərarda isə dəniz və hava qoşunları da Müdafiə nazirliyinə birbaşa bağlanır.

Gülhanə Hərbi Tibb Akademiyası isə Səhiyyə nazirliyinə tabe olunması haqqında qərar verilib.

Rəsmi qəzetdə 1389 hərbçinin ordudan tərxis edildiyi də dərc olunub. Prezident və Qərargah rəisinin hərbi müşavirləri də daxil olmaqla, 9 general da hərbidən uzaqlaşdırılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.