haberL haberR

Türkiyədə Fətullah Gülən terrorbaşının "sağ əli" saxlanıldı

Kateqoriya: Dünya Yayımlama tarixi: 24.07.2016 14:30:16

Türkiyədə FETO terror təşkilatının rəhbəri Fətullah Gülənin əsas köməkçisi saxlanılıb

"Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasındakı mənbəyə istinadən "Reuters" məlumat yayıb.

Mənbənin məlumatına görə, Halis Hanci Gülənin "sağ əli" hesab olunur. Onun dövlət çevrilişi cəhdindən iki gün əvvəl Türkiyəyə gəldiyi ehtimal edilir.

Qeyd edək ki, Fətullahçı Terror Təşkilatı (FETO) iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd göstərib. Bu zaman 246 nəfər şəhid olub, 2 mindən artıq insan yaralanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.