haberL haberR

Türkiyədə iki yüksək rütbəli general istefa verdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 28.07.2016 17:23:47

Hər iki general Türkiyə Ali Hərbi Şurasının üzvləri olublar

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə Silahlı Qüvvələri (TSQ) Quru Qoşunlarının rəisi orgeneral İhsan Uyar və TSQ Baş Qərargahı yanında Hərbi Doktrina və Hərbi Təhsil üzrə İdarənin rəisi orgeneral Kamil Başoğlu istefa verib.

Hər iki general Türkiyə Ali Hərbi Şurasının (Yüksek Askeri Şura - YAŞ) üzvləri olublar. Xatırladaq ki, cümə axşamı günü şuranın iclası baş tutacaq.
Ötən gün elan edilib ki, TSQ-dan 149 general və admiral da daxil olmaqla, 1684 zabit qovulub.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.