Türkiyədə İŞİD-çilərin həbsxanadan qaçmasına Ədliyyə nazirindən inanılmaz şərh

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Kocaelidən qapalı həbsxanadan, açıq həbsxanaya göndərilən İŞİD-lə bağlı cinayət işinin 4 şübhəlisindən ikisinin polisin "qaça bilərlər" xəbərdarlıqlarına baxmayaraq həbsxanadan qaçması üzə çıxıb.
Bu qrupdan birinin "partlayış törədəcəkdim" açıqlamasından sonra qapalı cəzaevinə göndərildiyi bildirilir.
Açıq həbsxanadan qaçan şəxslərlə bağlı Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağdan münasibət öyrənilib. O isə, medianın tənqidinə tuş gələn açıqlaması ilə yadda qalıb. Nazir "Açıq cəzaevindən getmək, bizim ədəbiyyatımızda qaçış sayılmaz. Bayırda mühafizə, tellər yoxdur. Niyə cəzası bitməyə az qalmış şəxslər oraya gedirlər?", - deyə qeyd edib. Nazir bəzi KİV-i, Türkiyə hökümətini İŞİD-ə dəstək verməkdə ittiham etməsilə jurnalistika qaydalarına zidd fəaliyyətdə də günahlandırıb.
Ədliyyə nazirliyinə terrordan bəraət edənlərin niyə açıq CÇM-nə göndərilməsilə bağlı verilən sorğuya isə, Türkiyə Ədliyyə Nazirliyi "terror ittihamlarından bəraət etdiklərinə görə bu cür haqları vardır" kimi cavabı verilib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.