haberL haberR

Türkiyədə İŞİD əməliyyatı: 14 azərbaycanlı saxlanıldı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 09.11.2015 17:32:50

Türkiyənin Adana şəhərində Suriyaya keçib İŞİD-ə qoşulmaq istəyən 14 Azərbaycan vətəndaşı saxlanılıb

İslamazeri.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, onlar 38 nəfərlik qrupun içində olublar. Onların arasında uşaqlar və qadınlar da var.

Azərbaycanlılardan başqa saxlananların arasında 7 İndoneziya, 5 İraq və Qırğızıstan, 2 Tacikistan və İran və Əfqanıstan vətəndaşının da olduğu bildirilir.

Həmin şəxsləri Suriya ərazisinə keçirməyə cəhd edən iki Türkiyə vətəndaşı da saxlanılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.