haberL haberR

Türkiyədə İŞİD-in pulkəsmə işində istifadə etdiyi materiallar müsadirə olundu

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.10.2015 21:03:01

Bu işdə şübhəli bilinən 6 nəfər həbs olunub

İslamazeri.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçən aylarda qızıl və gümüş pullardan istifadə etməyə başlayan İŞİD-in zərbxanada istifadə etdiyi bəzi materiallar Qaziantepdə keçirilən əməliyyat nəticəsində ələ keçirilib.

Qaziantep İcra Hakimiyyətindən "Şahinbəy rayonunda aparılan əməliyyat nəticəsində İŞİD terror təşkilatının pulkəsmə işində istifadə etdiyi materiallar tapıldı. Hadisə ilə bağlı 6 əcnəbi əsilli şəxs yaxalandı", -deyə bildirilib.
Həmin şəxslərin avtomobillərində və iş yerlərində aparılan axtarışlarda pulkəsmə işində istifadə edilən 12 ədəd qəlib, 2 ayrı növ pulun ön və arxa tərəflərinə aid 4 növ 56 ədəd pul qəlibi, 4 ədəd pul kəsmə qəlibi və digər ləvazimatlar ələ keçirilib.

Yaxalanan 6 nəfərin həbsxanaya göndərildiyi qeyd olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.