haberL haberR

Türkiyədə İŞİD üzvü olduğu ehtimal olunan 20 nəfər həbs edildi

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.08.2016 16:48:45

Əməliyyat zamanı “İŞİD” yuvalarının Türkiyədə terror aktı hazırlaması haqda alınan xəbərdən sonra 22 ünvan üzrə reyd keçirilib.

İslamazeri.az-ın “almasdarnews”-a istinadən verdiyi xəbərə əsasən, Türkiyə xüsusi xidmət orqanları Adana əyalətinin cənubunda İŞİD terror təşkilatının üzvü olduğu ehtimal edilən 20 şəxsi tutublar.

Xüsusi xidmət orqanları vertolyotla dəstəklənən anti-terror əməliyyatı keçiriblər. Əməliyyat zamanı “İŞİD” yuvalarının Türkiyədə terror aktı hazırlaması haqda alınan xəbərdən sonra 22 ünvan üzrə reyd keçirilib.

Aralarında qruplaşmanın bir neçə mühüm üzvünün olduğu şübhəlilər, əyalət polisinin Baş idarəsinə dindirilmə üçün aparılıblar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İstanbulun əsas hava limanında iyun ayında törədilmiş terror aktının arxasında keçmiş SSRİ-dən olan mühacirlərdir. Terror aktından sonra onlarla şübhəli tutulub.

Xatırladaq ki, ABŞ HHQ tərəfindən istifadə olunan “İncirlik” aviabazası Adananın yaxınlığında yerləşir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.