haberL haberR

Türkiyədə PKK ilə atışmada bir hərbçi həyatını itirib

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.09.2016 12:04:18

20 terrorçu məhv edilib.

İslamazeri.az-ın "Haberturk" telekanalına istinadən verdiyi xəbərə əsasən, Türkiyənin cənub-şərqində yerləşən Hakkari əyalətinin Çukurca rayonunda hərbçilər ilə PKK terror təşkilatı arasında baş vermiş atışmada Türkiyə Silahlı Qüvvələrinin (TSQ) bir hərbi qulluqçusu həyatını itirib, 20 terrorçu isə məhv edilib.

Hərbi mənbədən bildiriblər ki, 6 Türkiyə hərbçisi yaralanıb. TSQ Baş Qərargahından bildiriblər ki, Çukurca rayonunda keçirilmiş hava əməliyyatı zamanı PKK-ın iki  hədəfi məhv edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.