haberL haberR

Türkiyədə PKK ilə döyüş zamanı 2 türk hərbçisi həyatını itirib

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.08.2016 10:07:54

Əməliyyat zamanı silah gizlədilmiş yer də aşkarlanıb.

İslamazeri.az-ın "IHA"-ya istinadən verdiyi xəbərə əsasən, 2 türk hərbi qulluqçu PKK terror təşkilatının Türkiyənin cənub-şərqində yerləşən Hakkari əyalətindəki hərbi bazaya hücum etməsi zamanı həyatını itirib. Atışma zamanı 9 PKK terrorçusu öldürülüb.

Daha 6 hərbçi isə yaralanıb. Hücum edənlərin zərərsizləşdirilməsi üzrə əməliyyat davam etməkdədir. Əməliyyat zamanı silah gizlədilmiş yer də aşkarlanıb. Oradan Kalaşnikov avtomatları, qumbaralar və bombalar tapılaraq müsadirə edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.