haberL haberR

Türkiyədə qiyamda iştirak etmiş hərbçilərin və istifadə edilmiş texnikanın dəqiq sayı açıqlandı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 27.07.2016 18:29:03

Qiyam zamanı 3 gəmi, 74 tank, 246 zirehli transportyor (BTR), 3992 ədəd odlu silahdan istifadə edilib. Həmçinin 35 qırıcı təyyarə və 37 vertolyot da cəlb olunubmuş.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə Silahlı Qüvvələri ölkədə çevrilişə cəhdinin yekunları üzrə bəyanat yayıb. Bəyanatda üsyançıların dəqiq sayı – təxminən 8,7 min hərbçi iştirak edib ki, bu da ordunun 1,5 faizini təşkil edir. Bu haqda NTV telekanalı bildirib.

Türkiyə Silahlı Qüvvələrinin məlumatına əsasən, çevriliş cəhdində Fəthullah Gülənin qruplaşması ilə əlaqadər olan 8,651 hərbçi iştirak edib.
Qiyam  zamanı 3 gəmi, 74 tank, 246 zirehli transportyor (BTR), 3992 ədəd odlu silahdan istifadə edilib. Həmçinin 35 qırıcı təyyarə və 37 vertolyot da cəlb olunubmuş.
Xatırladaq ki, Türkiyə NATO-da şəxsi heyət sayına görə ikinci yerdədir.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.