haberL haberR

Türkiyədə yeni terror təhlükəsi - Kanadadan xəbərdarlıq

Kateqoriya: Dünya Yayımlama tarixi: 25.03.2016 15:33:38

Kanada hökuməti Türkiyədə olan vətəndaşlarını terror təhlükəsi ilə bağlı izdihamlı, insanların çox olduğu yerlərə səfər etməkdən çəkinməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə "Hürriyyet" qəzeti məlumat verib.

Bundan başqa, Kanada hökuməti öz vətəndaşlarını Türkiyənin cənub-şərq əyalətlərinə və ölkənin Suriya ilə sərhəd olan rayonlarına səfər etməkdən də çəkinməyə çağırıb.

Kanada hökuməti, eyni zamanda, Türkiyəyə martın 25-də yeni terror aktları olma ehtimalı ilə də bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, martın 13-də Ankarada törədilən terror aktında 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb. Partlayışın baş verməsinə səbəb minalanmış avtomobil olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.