haberL haberR

Türkiyədə yenilik: Qadın hakimlər və prokurorlar hicabla vəzifələrini icra edəcək

Kateqoriya: Region Yayımlama tarixi: 09.11.2015 16:57:45

Türkiyədə əlamətdar hadisə: Qadın hakimlər və prokurorlar hicablı şəkildə vəzifələrinin icrasına başlayıb
Türkiyə ədliyyə sistemində əlamətdar hadisə yaşanıb. Ölkə tarixində ilk dəfə bir qadın hakim baş örtüsü ilə məhkəmə prosesini idarə edib.
 
İstanbul Anadolu 3-cü Mülki Hüquq Məhkəməsinin qadın hakimi məhkəmə işlərinə hicabı ilə çıxmağa başlayıb.
 
Qeyd edək ki, Türkiyə Hakimlər və Prokurorlar Ali Şurası (Hakimler ve Savcılar Yüksek Kurulu - HSYK) Baş Katibliyi Ali Məhkəmənin məsələ ilə bağlı müraciətinə baxdıqdan sonra qadın hakim və prokurorların vəzifələrini hicab geyinərək icra etmə hüquqlarını tanıyıb. Şuranın bu bəyanatından sonra Türkiyə tarixində ilk dəfə bir qadın məhkəmə prosesinə hicabla çıxaraq vəzifəsini icra edib.
 
Sözügedən hakimin adı mənbələr tərəfindən açıqlanmır. Hicablı xanım hakimin üzərindəki ədliyyə mantiyası ilə məhkəmə sədri kürsüsündə çəkilmiş fotosu sosial şəbəkələrdə rezonans doğurub. Məhkəmə prosesində çəkilmiş görüntü ölkədə son günlərin trendinə çevrilib. 
 
Xatırladaq ki, Türkiyədə cari ilin iyun ayında keçirilən parlament seçkiləri ərəfəsində hakim və prokurorlara tətbiq edilən hicab qadağası ləğv edilib./Maidə.az /
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.