haberL haberR

Türkiyədən Avropaya xəbərdarlıq

Kateqoriya: Siyasət Yayımlama tarixi: 19.04.2016 10:09:50

"Avropa İttifaqı vədlərini yerinə yetirməsə, bütün razılaşmaları ləğv edəcəyik"

Əgər Avropa Birliyi verdiyi vədlərini yerinə yetirməsə, biz bütün razılaşmaları ləğv edəcəyik.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Avropa İttifaqı vədlərini yerinə yetirməsə, bütün razılaşmaları ləğv edəcəyik, o cümlədən readmissiya haqqında Sazişi də", deyə nazir bildirib.

O həmçinin qeyd edib ki, Ankara qaçqınların faciəsinə son qoymağa, AB ilə viza rejimini sadələşdirməyə, Brüssel ilə Gömrük İttifaqını "yeniləməyə" və Türkiyənin Avropa İttifaqına üzv olmasına dair danışıqlarda yeni mərhələyə qədəm qoymağa hazırdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.