haberL haberR

Türkiyədən Suriyaya atılan mərmi nəticəsində bir ailənin 5 üzvü həyatını itirib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 25.08.2016 10:48:17

Ölənlərin dəqiq yaşları hələ ki, bilinmir.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya kürdlərinin "Demokratik İttifaq Patiyası"nın (PYD) Moskvadakı təmsilçisi Əbd Salam Əli agentliyə bildirib ki, 5 nəfərdən ibarət kürd ailə Türkiyə tərəfindən atılan mərminin Suriyanın Cərablus şəhərində yerləşən yaşayış evinə düşməsi nəticəsində həyatını itirib.

“Şəhərin güclü şəkildə atəşə tutulması davam edir. İndi mənə 5 nəfərdən ibarət bir ailənin dünyasını dəyişməsi haqqında xəbər verdilər. Orada (ailədə) həm böyüklər, həm də uşaqlar var. Mərmi birbaşa evə düşüb.”, - deyə o bildirib.

Ölənlərin dəqiq yaşları hələ ki, bilinmir. Daha əvvəl bildirilirdi ki, 29 dinc sakin atəşə tutmanın qurbanına çevrilib. 3 min dinc sakin şəhərdən qaçıb. Şəhərin hərbi şurasının baş komandanlığının müavini Armanc Cərablus şəhərinin Türkiyə ordusu tərəfindən atəşə tutulması nəticəsində böyük dağıntıların olması haqqında xəbər verib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.