haberL haberR

"Türkiyənin Assanjı": Davudoğlunun ipini çəkdi, yerli-yersiz irişir

Kateqoriya: Dünya Yayımlama tarixi: 10.05.2016 1:10:42

Fuad Avni yeni açıqlamalarıyla yadda qalıb

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyə hökümətinə sosial şəbəkə üzərindən çox güclü müxalifət edən "Türkiyənin Assanjı" (red: "Wikileaks" saytının qurucusu Culian Assanj) adlandırılan Fuad Avni yeni açıqlamalarıyla yadda qalıb.

Fuad Avni Davudoğlunun baş nazirlik postundan gedəcəyilə bağlı "Faşist. Davudoğlunun ipini çəkdi, rahatladı. Yerli-yersiz irişir. Keyfinə dəyən yoxdur", -deyə qeyd edib.

Yeni baş nazirlərlə bağl isə Fuad Avni yazıb: "Faşist. həm Binaliyə, həm də Bəkirə hazırlaşın deyib. İkisidə hər yerdə "baş nazir mən olacağam" deyirlər."

Qeyd edək ki, Davudoğlunun baş nazirlik postundan getməsilə bağlı çıxışından öncə, Fuad Avinin bir paylaşımı diqqət çəkmişdi. O, Türkiyənin Nəqliyyat, dənizçilik və xəbərləşmə nazirinin oğlunun Sinqapurda kazinoda çəkilmiş fotolarının yayılmasında Davudoğlunun arvadının əlinin olduğunu və buna görə, Davudoğlunun cəzalanacağını bildirmişdi. Ətraflı

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.