haberL haberR

Türkiyənin cənub-şərqində partlayış: ölən və yaralananlar var

Kateqoriya: Dünya Yayımlama tarixi: 10.07.2016 15:46:29

ürkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı PKK terrorçularının hücumu ilə bağlı açqlam yayıb

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbər əsasən, Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahından bildiriblər ki, Türkiyənin cənub-şərqində yerləşən Həkkari əyalətində PKK terror təşkilatı üzvləri tərəfindən yolda quraşdırılmış kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində 4 hərbi qulluqçu ölüb, 1-i isə yaralanıb.

"İyul ayının 10-u saat 12:05-də Həkkari əyalətinin Şəmdinli rayonu ərazisində Bəyyurdu-Ağtütün yolunda yolda keşik çəkən və içərisində hərbçilər olan zirehli maşın keçən zaman, PKK separatçı terror təşkilatının üzvləri kustar üsulla hazırlanmış partlayıcı qurğunu partladıblar. 4 hərbçi yoldaşımız dünyasını dəyişib, 1-i isə yaralanaraq təcili şəkildə xəstəxanaya çatdırılıb.", - deyə baş-qərargahdan bildiriblər.

Bundan başqa Türkiyənin cənub-şərqində Mardin əyalətində PKK terror təşkilatının hərbi obyekti yaxınlığında hərbi obyektin mühafizəsi postunun yanında yerləşdirilmiş avtomobili partladması və Türkiyə hərbçiləri ilə atışma nəticəsində azı 2 nəfər həlak olub, daha 9 nəfər isə yaralanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.