haberL haberR

Türkiyənin daha bir tank hissəsi Suriyaya yola düşüb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 25.08.2016 12:08:28

Cümə axşamı günü ən azı daha 10 tank da Suriya sərhədini keçib.

İslamazeri.az-ın AFP agentliyinə istinadən verdiyi xəbərə əsasən, Türkiyə hərbçiləri Suriyanın şimalına – İŞİD terror qruplaşmasına qarşı ordu əməliyyatı keçən yerə daha bir tank hissəsi göndərib.

Xatırladaq ki, Türkiyə ordusu beynəlxalq koalisiya təyyarələrinin dəstəyi ilə ötən gün – çərşənbə günü səhər saatlarında Suriyanın şimalında yerləşən Cərablus şəhərinin azad edilməsi üçün hərbi əməliyyata başlayıb. Türkiyə HHQ-ə məxsus təyyarələr  İŞİD terrorçularına hava zərbələri endiriblər,. Zərbələr həmçinin tanklar və artilleriyadan da həyata keçirilir.

“Cümə axşamı günü ən azı daha 10 tank da Suriya sərhədini keçib.”, - agentliyin xəbərində deyilir. Məlumata əsasən, bu tanklar ötən gün Suriya sərhədini keçmiş digər tank qrupu ilə birləşəcəklər.

Türkiyə qüvvələrinin sərhəddən hərəkət etməsi (keçməsi) haqqında rəsmi məlumat verilməyib.

Türkitə KİV-ləri hərbi mənbələrə istinadən daha əvvəl bildiriblər ki, baş verənlər Suriyada yerüstü əməliyyat deyil. Türkiyə və koalisiya qüvvələrinin məqsədi Cərablusun terrorçulardan təmizlənməsi ilə Suriyanın "mülayim müxalifət"i üçün dəhlizin açılmasıdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.