haberL haberR

Türkiyənin Daxili İşlər naziri: İstanbulda terror törədən İŞİD üzvüdür

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.03.2016 17:13:41

Bəzi KİV-in açıqlamasının əksinə olaraq terror aktının arxasında bir zamanlar Türkiyədə rahat fəaliyyət göstərən İŞİD terror, xəvaric qruplaşması çıxdı

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ankarada mətbuat konfransı təşkil edən Türkiyənin Daxili İşlər naziri Efkan Ala İstanbulun mərkəzində törədilmiş terror aktını törədən şəxsin və bağlı olduğu qruplaşmanın adını açıqlayıb.

Nazir "Dünən İstanbulda mənfur bir terror hücumu həyata keçirildi. Bu kamikadze hücumunu həyata keçirən şəxsin kimliyi təsbit edilib. Bu şəxs 1992-ci il təvəllüdlü Türkiyənin Gazientep əyalətində qeydiyyatdan keçmiş Mehmet Öztürkdür . Əldəki mövcud dəlillər, terrorçunun İŞİD-lə əlaqəli olduğunu göstərməkdədir.", - deyə bildirib.

Türkiyənin Daxili İşlər naziri həmçinin terror aktı ilə əlaqəli olaraq 5 nəfərin həbs olunduğunu da qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.