haberL haberR

Türkiyənin Koç Universitetində oxumaq istəyən azərbaycanlı doktorantlar təhsil haqqından azad olunacaq

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 07.04.2015 18:58:35

Bu gün təhsil naziri Mikayıl Cabbarov ADA Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Türkiyənin Koç Universitetinin rektoru Ümran İnanı qəbul edib

Təhsil Nazirliyindən verilən xəbərə görə, görüş zamanı Koç Universitetinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri, birgə tədris proqramlarının və araşdırma layihələrinin, həmçinin müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Koç Universitetinin rektoru Ümran İnan bildirib ki, rəhbərlik etdiyi ali məktəb elmi araşdırma layihələrinə və doktorantura pilləsində təhsilin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Qonaq Koç Universitetinin xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan universitetlərinə xüsusi önəm verdiyini nəzərə çatdırıb. Rektor Koç Universitetində doktorantura təhsili almaq istəyən azərbaycanlı tələbələrin təhsil haqqından azad olunacağını söyləyib.

Təhsil naziri Mikayıl Cabbarov Koç Universitetinin azərbaycanlı doktorantları təhsil haqqından azad etməsini təqdirəlayiq hal kimi qiymətləndirib və bu addımın ölkəmizin ali təhsil müəssisələrində elmin inkişaf etdirilməsi hədəflərinə uyğun olduğunu bildirib.(apa)

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.