haberL haberR

Türkiyənin məşhur NTVSpor telekanalı bağlanır

Kateqoriya: Dünya Yayımlama tarixi: 25.03.2016 15:08:23

Türkiyənin məşhur idman telekanallarından biri bağlanır.

Virtualaz.org “Vatan” qəzetinə istinadən xəbər verir ki, “Doğuş” yayım qrupunun sahib olduğu “NTVSpor” telekanalının bağlanmasına hazırlıq başlanıb.

Telekanalın bir müddətdir zərərlə çalışması səbəbindən öncə işçilərin əhəmiyyətli qismi ixtisar ediləcək, daha sonra isə telekanal tamamilə bağlanacaq. İlk olaraq “NTVSpor”un tanınmış simalarından Özgür Buzbaş, Irmak Kazuk, Ali Ece və Burcu Hakyemez Dal ilə birlikdə 30 nəfər işdən çıxarılıb, bununla bağlı həmin şəxslərə dünən və bu gün müvafiq əmr təqdim edilib. Ümumilikdə telekanalda ixtisarlar 1-2 ay davam edəcək, bu prosesin yekununda isə “NTVSpor”un yayımı tamamilə dayandırılacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.