Türkiyənin müdafiə naziri gündəmi dəyərləndirib

İslamazeri.az-ın verdiyi xəbərə əsasən, Türkiyənin Müdafiə naziri Fikri İşık NTV telekanalının efirində gündəmdə olan bəzi məsələlərdən danışıb.
O bildirib ki, Ankara Suriya kürdlərinin özünü müdafiə qüvvələrinin gələn həftə ərzində Fərat çayının qərb sahilindən şərq sahilinə tam keçməsini gözləyir.
“Suriya kürdləri mütləq şərqə çəkiləcəklər. Biz ABŞ ilə hələ bir həftə öncə razılaşmışıq ki, iki həftə ərzində kürdlər Fəratın şərq sahilinə keçəcəklər. Gözlənilir ki, bu çıxış gələn həftə ərzində sonra çatacaq. Hazırda çıxış tam həyata keçirilməyib, biz onu gözləyirik, və bunu da izləyirik.”, - deyə Işık bildirib.
Türkiyənin Müdafiə naziri Fikri Işık daha sonra deyib: “Sərhəddəki hadisələr zamanı bizim 21 vətəndaşımız həyatını itirib, 84 nəfər isə yaralanıb. Bizim əsas hədəfimiz – Carablusun İŞİD terror qruplaşmasından tam təmizlənməsidir. Bizim ikinci hədəfimiz isə - getmiş İŞİD-in əvəzinə Suriya kürdlərinin gəlməməsidir. Carablus qısa və uzunmüddətli perspektivdə mühüm nöqtədir. Nə qədər ki, Suriyada təsirli hökumət yoxdur, biz özümüz məcburuq ki, öz sərhədlərimizi qoruyaq. Və ASO bu ərazidə nəzarəti tam ələ almayana qədər, orada qalmaq bizim haqqımızdır.”
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.