Türkiyənin müxalifət partiyası CHP-in lideri K.Kılıçdaroğlunun korteci atəşə tutuldu: xəsarət alanlar var (Təfərrüat)

İslamazeri.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə əsasən, Türkiyə Respublikası daxili işlər naziri Əfqan Ala telekanalın efirində bildirib ki, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası lideri Kamal Kılıçdaroğlunun kortecinin atəşə tutulmasını PKK terror təşkilatı yaraqlıları həyata keçirib.
"Korteci atəşə tutan separatçı PKK təşkilatının terroçularının tutulması üzrə əməliyyat başladılıb. Şübhə etmirəm ki, onlar tapılacaq və laiq olduqları cəzanı alacaqlar. Biz bizim müxalifət partiyası başçısına hücumu bizim hamımıza, bütün ölkəyə qarşı olan hücum kimi qəbul edirik.", - deyə Ala bildirib.
Xatırladaq ki, daha əvvəl türk KİV-ləri CHP kortecinə hücum haqqında xəbər vermişdi. Kortecdə partiya başçısı da var idi. Hadisə Şavşat rayonunun Yanıqlı kəndi yaxınlığında baş verib. Kılıçdaroğlunun mühafizəçiləri meşədə şübhəli hərəkət görüblər. Bundan sonra atışma başlayıb. Alanın daha əvvəl bildirdiyi kimi, güllələr kortecin baş (başda gedən) maşınına dəyiblər. Orada olan 3 jandarma əməkdaşı xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş hadisə haqqında əyalət administrasiyası tərəfindən xəbərdar edilib. Baş nazir müavini Numan Kurtulmuş öz növbəsində kortecin atəşə tutulmasını qəti şəkildə pisləyib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.