haberL haberR

Türkiyənin şərqində terror aktı: 3 polis həyatını itirib

Kateqoriya: Dünya Yayımlama tarixi: 25.07.2016 16:26:45

Partlayıcı PKK terror təşkilatı üzvləri tərəfindən yola yerləşdirilib.

İslamazeri.az-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin cənub-şərqində yerləşən Mardin əyalətində kustar üsulla hazırlanmış partlayıcı qurğunun partlaması nəticəsində 3 polis həyatını itirib.

Partlayıcı Qızıltəpə və Viranşehir yaşayış məntəqələri arasındaki yolda, zirehli polis maşını keçən zaman işə düşüb. İki polis hadisə yerindəcə dünyasını dəyişib, daha 1-i isə yaralanıb. Hadisə yerindən hücumda əli olan terrorçuların neytrallaşdırılması üzrə əməliyyat keçirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.