Türkiyənin tanınmış şiə alimindən hökümətə yeni xəbərdarlıq

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, Türkiyə şiələrinin liderlərindən və tanınmış ruhanilərindən olan Şeyx Səlahəddin Özgündüz cümə namazının ikinci xütbəsində yenə ölkəsindəki çevrilişə cəhdə toxunub.
"Hərbi çevrilişə cəhddən iki həftə keçdi. Həqiqətəndə Allahın lütfü olduki bunlar tez tərpənib səhvə yol verdilər və istədikləri alınmadı. Çünki bunlar (fətullahçlar) dini, islamı nəuzubillah Allahdan istifadə edib səltənətə, dünyaya sahib olmaq istəyirdilər. Bunu bütün ölkə ictimaiyyəti anladı, Allahıma həmd olsun!.", - deyə imam cümə bildirib.
"Allah deyərək xalqı ovlamaq şərəfsiz bir addımdır. Xalq bunu gördü, partiyalar dövlət-xalq məsələsini partiya məsələsindən üstün tutdu, bu təqdirə layiqdir", -deyə Şeyx Özgündüz əlavə edib.
İmam cümə daha sonra deyib: "Türkiyədəki çevrilişə cəhddə imperilist və sionist cəbhə çevriliş etmək istəyənlərin yanında oldu, müqavimət isə (red: İran və dəstəkçiləri) çevriliş etmək istəyənləri dəstəkləmədi və dövlətimizə və hökümətimizə ilk anlardan dəstəyini verdi. Buna görə də, Türkiyə millət və dövlət olaraq kimin yanında olmasını yenidən gözdən keçirməlidir. Mən beynəlxalq təşkilatlarla əlaqələri kəsməyi demirəm, amma onlar bizə qarşı necə səmimidirlərsə, biz də onlara o qədər səmimi olmalıyıq".
Şeyx Səlahəddin Özgündüz Səudiyyənin İsrailə qarşı müharibə aparılmasını haram bilən fətvasına işarə edərək "Bunlar İsrailə bir güllə atmamaqla yanaşı, onlara bir güllə atılmasını haram bilirlər. Səud rejimi Yəməndə mülkü vətəndaşları hədəfə alır, başlarına bomba yağdırır və deyirki terrorçularla mübarizə aparıram. Ey Səud! Yəməndə terrorçu "Əl Qaidə"dir, bunu hamı bilir. Amma sən onları dəstəkləyirsən, əksinə Yəmən xalqını hədəfə alıb, uşaqları qətlə yetirirsən, tarixi binaları dağıdırsan, necəki sənin əlaltıların Suriya, İraq, Paksitan və Əfqanstanda edirlər. Sən terrorçuları İsrailin istədiyi kimi idarə edirsən. Sionistin yanında durmaq ayıbdır. Ən böyük diktator Səudiyyədir, öz ölkəsi yetmir, digər ölkələrin də daxili işinə qarışaraq orada diktatorluq edir.", -deyə bildirib.
İmam cümə boş qalan yerlərə vəhhabi zeyniyyətlilərinin soxulmaması haqqında dövlətə xəbərdarlıq edib: "Baxın ölkəyə hücum etsələr onlarla mübarizə edərik, azad edərik. Lakin zehinlərə vəhhabi virusu salsalar bundan xilas olmayacaq. Odurki, fətoculardan boşalan dövlət vəzifələrinə nəbadə vəhhabilər yerləşdirilsin!"
Səlahəddin Özgündüz sonda İslam dünyasını dua edib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.