haberL haberR
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu fevralın 25-26-da Azərbaycana səfər edəcək

İslamazeri.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin Azərbaycandakı səfirliyi yayıb.

Məlumatda deyilir ki, səfər zamanı türkiyəli diplomat Dağlıq Qarabağ münaqişəsini, ölkələrimiz arasındakı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edəcək.

Mevlut Çavuşoğlunun Azərbaycan prezidenti, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşəcəyi gözlənilir. 

Qeyd edək ki, bu səfər iki dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin tərkib hissəsi olacaq. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.