Türkiyənin yeni baş naziri Binəli Yıldırım kimdir?

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, AKP-nin sədri və Türkiyənin baş naziri olacaq şəxs Nəqliyyat və Rabitə naziri Binəli Yıldırım olub.
Binəli Yıldırım kimdir?
1955-ci ildə Erzincan'ın Refahiye mahalında doğulub. İstanbul Texniki Universitetinin Gəmi İnşaat və Dəniz Elmləri Fakültəsindən bakalavr məzunu olmuş, daha sonra magistraturanu bitirib.
O, 1978-1993 illəri arasında Türkiyə Gəmi Sənaye Baş İdarəsi ndə yüksək postlarda işləyib. 1990-1991-ci illərdə İsveçdə Beynəlxalq Dənizçilik Təşkilatına aid Dünya Dənizçilik Universitetində Dənizdə Can və Mal təhlükəsizliyi sahəsində ixtisas təhsili alıb. On bir universitet tərəfindən fəxri doktor adına layiq görülüb.
İDO-da yüksəliş...
1994-200-ci illərdə İDO (İstanbul Dəniz avtobuslarının tənizmlənməsi Baş İdarəsində direktor vəzifəsində işləyib (red: Ərdoğanın İstanbul Bələdiyyə sədri olduğu vaxt). Məlumata görə, bu dövlərdə İstanbulda dəniz nəqliyyatında inkişaflar müşahidə edilib. İDO Yıldırımın rəhbərliyi dönəmində dünyanın ən böyük dəniz nəqliyyatında böyük şirkətlərin üst sıralarında qərar tutub.
Siyasi həyatı...
"Ədalət və İnkişaf" partiyası - AK partiyanın qurucularından biri sayılır. AK partiyanın yekdilliklə qələbə qazanaraq 2002-ci ildə hakimiyyətə gəlməsindən sonra 58-ci, 59-cu və 60-cı hökümətlərdə Türkiyənin Nəqliyyat, dənizçilik və xəbərləşmə naziri postunda, Türkiyə Böyük Millət Məclisi - Parlamentin 22-ci seçkilərində AK partiya İstanbul, 23-cü seçkilərdə AK patiya Erzincan, 24 və 26-cı seçkilərində AK partiya - İzmirdən millət vəkili seçilib. 2014-cü ildə İzmir Böyükşəhər Bələdiyyə sədri üçün yetərli səs toplamadığı üçün ikinci yerlə kifayətlənib. 2014-də Ərdoğanın müşaviri vəzifəsinə gətirilib. 2015-də Davudoğlunun hökümətində Nəqliyyat, dənizçilik və xəbərləşmə naziri postuna yiyələnib.
Nəqliyyatda uğuru...
Tənqilərə baxmayaraq Türkiyə tarixində uğrlu layihələrə imza atıb. Turistlərin diqqətinə səbəb olan bir çox layihələrin məhz bunun tərəfindən hazırlandığı bildirilir. İndi isə bu uğurları təqdim edirik:
1. 2003-2013 illəri arasında 17.500 km bölünmüş yol inşaatı
2. 2002-ci ildə 26 ədəd olan aktiv hava limanının sayının 55-ə yüksəldilməsi
3. Ankara-Əskişəhir, Ankara-Konya, Ankara İstanbul arasında sürətli qatar layihəsi
4. Marmaray - dəniz altı dəmir yolu
5. İstanbulun iki qitəsini bir birinə bağlayacaq Avrasiya tuneli
6. Boğaz körpüsü
7. İstanbul-İzmir magistral yolu və ən uzun asma körpülərdən biri olan İzmir Körfəz Keçişi körpüsü
8. Dünyanın ən böyük hava limanı olacaq İstanbulun 3-cü Hava Limanı və s.
İlk açıqlaması...
Yıldırım ilk açıqlamasında Türkiyə prezidenti Ərdoğanla əlaqəli çalışacağını (daha doğrusu onun əmrlərini icra edəcəyini) bildirib. Bu açıqlamasından sonra isə o, ölkədəki terroru gündəmdən çıxaracağını önə çəkib.
Davudoğlu qalmaqalında adı keçirdi...
Türkiyə hökümətinə sosial şəbəkə üzərindən çox güclü müxalifət edən "Türkiyənin Assanjı" (red: "Wikileaks" saytının qurucusu Culian Assanj) adlandırılan Fuad Avni, Binəli Yıldırımın oğlu Erkanın Sinqapurda kazinoda çəkilmiş fotolarının üzə çıxmasına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlunun həyat yoldaşından qisas alınacağnı bildirmişdi. Məhz bu olaylardan sonra Davudoğlunun kürsüsü əsmiş və bir neçə gündən sonra istefasını açıqlamışdı. Məhz, bu gün (red: 19 may) Yıldırımın AK partiya sədrliyinə elan edilməsiylə bağlı keçirilən partiya tədbirinə Davudoğlunun gəlməməsi deyilənləri isbat etmiş olur.
Müxalif media nə deyir?
Müxalif media Yıldırımı ara-sıra rüşvət və korrupsiyada ittiham edib. Bəzi qəzetlərin yazdığına görə, onun 17 şirkəti, 28 gəmisi və 2 böyük gəmisi var.
Yıldırımın medianın hədəfinə tuş gələn açıqlamalarını təqdim edirik:
*İstirahət günündə işlədilən zaman ölən liman işçisi üçün "biz də işləyirik, böhran var, əlbəttə çalışmalıdır" demişdi.
*Media "Əvvəllər dəlikli dəmir çıxdı mərdlik pozuldu dedik, indi internet çıxdı, həm mərdlik, həm də təhlükəsizlik pozuldu" açıqlamasını hədəfə almışdı.
*İstanbuldakı 3-cü körpüyə Yavuz Sultan Səlimin adının qoyulması vaxtı Yavuzun ələvi qırğınına dair tarixi faktlara əfsanə deyərək, bu iddiaları qəbul etmədiyini açıqlamışdı (red: tarixi inkar etmişdi).
*Medialar həmçinin onun "Yaxta lüks həyat deyil, ehtiyacdır" deməsini də tənqid atəşinə tutmuşdu. O, 445 min avronun böyük pul olmadığını deyərək, oğlu Erkanın yaxta almasında problem görməmişdi.
*Medianın yazdığına görə,özü tərəfindən İstanbul Nəqliyyat Bölgə müdirliyində vəzifə verdiyi qardaşı oğlu Cem Murad Yıldırım gecə klublarında "rakı keyfi"ndə yaxalanmışdı.
Bacanağı həbs edilmişdi...
İzmirdə limanda korrupsiya faktına görə bacanağı həbs olunmuşdu. Bu posta Binəli Yıdırım vasitəsilə gəldiyi heç kəsə sirr deyildi.
Binəli Yıldırım haqqında müsbət və mənfi sözlərə baxmayaraq o, Ərdoğanın istəyilə baş nazirlik kürsüsünə rəsmən əyləşəcəyinə lap az qalıb. Bu postda onun hansı addımları ataraq mədh və ya tənqid atəşinə tutulacağını isə zaman göstərəcək.
Ramin Bayramov / İslamazeri.az
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.