haberL haberR

Türkiyəyə rusiyalı turistlərin axını başladı

Kateqoriya: Siyasət Yayımlama tarixi: 04.07.2016 14:56:41

Bu barədə Türkiyənin baş naziri Binali Yıldırım açıqlama verib

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə görə, Türkiyənin baş naziri Binalı Yıldırım bildirib ki, Rusiyadan gələn turist axını artmağa başlayıb: “Bizim Rusiya ilə və İsraillə normallaşdırma siyasətimiz öz müsbət nəticələrini verməyə başlayıb. Biz Rusiya ilə əvvəlki münasibətlərə geri dönürük. Ciddi böhranla qarşılaşdığımız turistik sahədə Rusiya öz məhdudiyyətlərini götürüb, rusiyalı turistlə artıq gəlməyə başlayıblar və turist axını getdikcə daha da artacaq. Biz turizmin inkişafı üzrə tədbirlər görməyə davam edəcəyik və əvvəlki göstəricilərə geri dönəcəyimizə ümid edirik. Eyni zamanda kənd təsərrüfatı sahəsində də irəliləyişlər başlayıb. Biz bütün istiqamətlər üzrə münasibətlərin normallaşdırılmasını davam etdirəcəyik.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.