Türkmən millət vəkili: Bizi sünni-şiə olaraq parçalamaq istəyənlər var

Türkmən siyasətçilər isə bölgədə İŞİD-ə qarşı döyüşən Türkmən güclərin şiə olaraq adlandırılmasından narahatdırlar.
İslamazeri.az-ın verdiyi xəbərə görə, “Əl-Cəzirə”yə müsahibə verən İraq Türkmən Cəbhəsinin rəhbəri və Kərkük millət vəkili Ərşəd Salihi türkmənlər içində sünni şiələri ayıranların türkmənləri bölmək istəyindən qaynaqlandığını bildirib: “Hər şeydən əvvəl türkmənik. Türkmənləri şiə-sünni olaraq adlandırmaq yalnışdır. Mən sünni millət vəkili deyiləm, mən türkmən millət vəkiliyəm. Sünni və şiə olan türkmənlərdən, hətta xristianların da səsini qazandım. Hamısının haqlarını qorumağa borcluyam. Bəşir və çevrəsində əksəriyyət şiə türkmənlər yaşasalar belə, bizim üçün əsas olan Türkmən bölgəsi olmasıdır. Mən silahımı götürərək şəxsi mühafizəmlə gənclərlə görüşdüm, birliyimizi göstərmək istədim. Bizi parçalayıb zəiflətmək istəyirlər. İraq Türkmən Cəbhəsinə Bəşir, Tazehurmatı və Tavuk bürolarına bağlı Akıncıları(mühafizəçilər), “Haşdu Şabi” briqadası – türkmən gücü ilə birlikdə eyni səflərdədilər. İraq Türkmən Cəbhəsi-nin tələbə birliyi sədri də döyüşlərdə şəhid oldu. Orada döyüşənlər türkmənlərdir”.
Türkmən millət vəkili türkmənlərin silahlarının zəif olduğunu bildirərək, “Kürdlərə ABŞ hava dəstəyi verməkdədir. Biz isə, çox çətin də olsa üz-üzə döyüşürük".
Məzhəblər arasında fitnə çıxaranları hədəfə alan Ərşəd Salihi deyib: “Biz türkmənlər heç vaxt sünni şiə ayrı-seçkiliyi etmədik, etmərik də. Məzhəblərarası fərqlilik biz türkmənlərdə digər qruplara nisbətən fərqlidir. Biz qız alıb, qız verərik. Hazırda Bəşir kəndini almaq üçün döyüşənlərin əksəriyyətinin bir məzhəbə aid olması onların məzhəbi gücü demək deyildir. Bəşir kəndini İŞİD-dən almaq üçün döyüşənlər rəsmi olaraq “Haşdu Şabi” briqadasının türkmən gücləri olaraq adlandırılır. Yəni birlik məzhəybilə deyil, türkmənliyinə görədir. Harda türkmən varsa bizim gücümüzə güc qatar".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.