haberL haberR

“Twitter” 578 milyon dollar ziyan edib

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 06.02.2015 12:40:35

2014-cü ilin nəticəsinə görə, “Twitter” mikrobloqlar xidmətinin xalis zərəri 578 milyon dollar təşkil edib

İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, “Twitter”in mədaxili 2013-cü ilin göstəricisi ilə müqayisədə 2 dəfə artaraq 1.4 milyard dollara çatıb.
 
Həmçinin bildirilib ki, son rübün nəticəsinə görə, aktiv istifadəçilərin aylıq auditoriyası 20 faiz artaraq 288 milyona çatıb.
 
“Twitter” 2015-ci ildə 2,3-2,35 milyard dollar səviyyəsində mədaxil proqnozlaşdırır.
 
“Twitter” sosial şəbəkəsi qısa mesajlarla mübadilə üçün mikrobloqlar xidmətidir. Şirkət 2006-cı ildə yaradılıb, xidmətin aktiv istifadəçilərinin aylıq auditoriyası 255 milyon nəfərdir. Şirkətin kapitallaşması 24,88 milyard dollar təşkil edir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.