haberL haberR

“Twitter” postlarda simvolların sayını 10 minədək artırmaq istəyir

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 06.01.2016 11:20:04

“Tvitter” sosial şəbəkənin yaradıcıları dərc edilən postlarda (yazılarda) simvolların sayını 10 minədək çoxaltmaq niyyətindədirlər

Hazırda istifadəçilər maksimum 140 simvoldan ibarət postlar dərc edə bilirlər. Lakin, artıq 2016-cı ilin birinci rübünün sonuna bu məhdudiyyətə  dəyişiklik ediləcəyi planlaşdırılır.  “Re/code”nin məlumatına görə, şirkətin mənzil-qərargahında bu məlumata şərh verməkdən boyun qaçırıblar.

Qeyd edək ki, ABŞ-ın “Twitter Inc.” Şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin mənzil-qərargahı  Kaliforniya ştatının San Fransisko şəhərində yerləşir. (APA)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.