haberL haberR

“Ubuntu” platformalı ilk smartfon

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 09.02.2015 19:19:01

“Ubuntu” əməliyyat sistemi ilə işləyən ilk smartfon nümayiş etdirilib

Aparat “Aquaris E4.5 Ubuntu Edition” adlandırılıb. 

İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, “Ubuntu” sisteminin yaradıcısı 2013-cü ilin yayından vəsait toplanılması kampaniyasına başlayıb. Məqsəd 32 milyon məbləğində vəsaitin yığılması idi. Nəticədə yalnız 12,8 milyon dollar toplanılmışdı.

Buna baxmayaraq, istehsalçılar “Ubuntu” əsaslı smartfonun buraxılış planından imtina etməyiblər. Nəticədə İspaniyanın “BQ” şirkəti “Aquaris E4.5 Ubuntu Edition” smartfonunu buraxıb. “Canonical” şirkətinin press-relizinə əsasən, aparat yaxın həftələrdə Avropada əlçatan olacaq. Qurğunun satış qiyməti 170 avro təşkil edəcək.

“Aquaris E4.5 Ubuntu Edition” smartfonu 960x540 təsvir ölçülü 4,5 düymlük ekran, 1,3 QHs takt tezlikli dördnüvəli “MediaTek” prosessoru ilə təchiz edilib. Əməli yaddaşın həcmi 1 QB təşkil edir. 8 QB tutumunda fləş yaddaş quraşdırılıb. Həmçinin, 8 və 5 meqapiksellik kameralar quraşdırılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.