haberL haberR

Ucarda yol qəzası bir nəfərin həyatına son qoydu

Kateqoriya: Kriminal Yayımlama tarixi: 08.08.2015 11:18:17

Ucar rayonu Qazyan kənd sakini, 1974-cü il təvəllüdlü Əhədov Səbuhi Əlisaab oğlunun idarə etdiyi BMW markalı avtomobil aşıb

 Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Ucar-Zərdab yolunun 3-cü kilometrliyində, Ucar rayonunun Qarabörk kəndi ərazisində qeydə alınıb.

Ucar rayonu Qazyan kənd sakini, 1974-cü il təvəllüdlü Əhədov Səbuhi Əlisaab oğlunun idarə etdiyi BMW markalı avtomobil aşıb. Nəticədə S. Əhədov hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.