Ukraynada Azərbaycana dəstək aksiyası keçirilib - Foto
Bu gün Ukraynanın Xarkov şəhərinin mərkəzində Azərbaycana dəstək aksiyası keçirilib

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda Ukraynada yaşayan ilahiyyatçı Namiq Babaxan məlumat verib. Məlumata görə, bu gün Ukraynanın Xarkov şəhərinin mərkəzində - Şevçenko parkından Azadlığ meydanına qədər Azərbaycan ordusunun son hərbi əməliyyatları və işğal olunmuş ərazilərimizin bir hissəsinin azadlığı və şəhid ailələrinə dəstək yürüş-mitinqi keçirilib.
Aksiyada tələbələr, Ukrayna vətəndaşı olan azərbaycanlılar, Türkmənistan vətəndaşları, inanclı kəsim iştirak edib. Birlikdə keçirilən bu aksiyada "Azərbaycan", "Qarabağ bizimdir", "Ləbbeyk ya Hüseyn", "Şəhidlər ölməz - Vətən bölünməz" və sair şüarlar səsləndirilib.
Qeyd edək ki, belə aksiyalar Ukrayna paytaxtı Kiyevdə də keçirilib.
Ukraynada Azərbaycana dəstək aksiyası keçirilib - Foto
/haberimaj/habergaleri/2U9G1P2S1D8G.JPG
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.