haberL haberR

Ukraynada azərbaycanlı iş adamı quldurların hücumuna məruz qalıb

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 25.03.2015 13:50:02

Ukraynada azərbaycanlı iş adamı, diaspor nümayəndəsi hücuma məruz qalaraq qarət olunub

Donetsk vilayətinin Krasnoarmeysk şəhərinin Azərbaycanlılar Cəmiyyətinin sədri Şahin Bəylərov bildirib ki, hücuma məruz qalan şəxs əslən Azərbaycanın İmişli rayonundan olan Ukrayna vətəndaşı, 59 yaşlı Rza İsmayılovdur.

Dnepropetrovsk vilayətində yaşayan R. İsmayılov şəxsi işi ilə bağlı Krasnoarmeysk şəhərinə gedərkən şəhərin girişində maskalı, hərbi geyimdə olan bir neçə naməlum şəxs onun avtomobilinin qarşısını kəsib. İş adamını ölümlə hədələyən şəxslər onun üzərindəki 30 min dollara yaxın pulu götürərək qaçıblar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb, axtarış aparılır.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.