haberL haberR

Ukraynada “əl-Qaidə” terrorçusu həbs edilib

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.05.2016 13:44:05

Ukrayna təhlükəsizlik xidməti, Kiyevdə “əl-Qaidə” terror təşkilatı ilə əlaqədə şübhəli bilinən xarici ölkə vətəndaşı həbs edilib.

İslamazeri.az-ın RİA.ru-ya istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir: “Ukrayna təhlükəsizlik xidməti Kiyevdə, “əl-Qaidə” beynəlxalq terror təşkilatı ilə əlaqəli xarici ölkə vətəndaşını həbs edib. Asiya ölkələrinin birindən olan şəxs ölkəmiz (Ukrayna) ərazisində gizlənirdi  və beynəlxalq axtarışda idi.”

Məhkəmə saxlanılanı, onun verilməsi haqda sorğunun gəlməsindən 40 saat əvvəl həbs edib.

Təhlükəsizlik xidmətinin mətbuat-katibi Yelena Gitlyanskaya qeyd edib ki, saxlanılan şəxs çox güman Türkiyə vətəndaşıdır. Gitlyanskayanın sözlərinə görə, saxlanılan şəxs Ukraynada heç bir qanun pozuntusu törətmək istəməyib, o Ukraynadan keçərək digər ölkəyə getmək istəyirdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.