haberL haberR

Ukraynada hərbi poliqonda partlayış: iki hərbçi dünyasını dəyişib

Kateqoriya: Dünya Yayımlama tarixi: 09.06.2016 20:04:28

Bu haqda Ukrayna müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Ukrayna müdafiə nazirliyinin mətbuat-xidməti bildirib ki, Çerniqovskiy poliqonunda parlayış nəticəsində iki ukraynalı hərbçi dünyasını dəyişib, 1 isə yaralanıb. Hadisə onların, yoxlanmamış ərazidə tonqal qalamaq istəyərkən naməlum əşyanın partlaması nəticəsində baş verib.

Nazirlikdən bildirilir ki, yaralı hərbçinin vəziyyəti qənaət-bəxşdir. Partlayış yerində hüquq-mühafizə orqanları çalışır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.