haberL haberR
Savçenko psixiatrik ekspertiza zamanı işgəncələrə məruz qalır

Ukrayna Rusiyaya nota verib. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Yevqeni Prebeynos açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna XİN rus jurnalistlərin ölümündə təqsirli bilinən pilot Nadejda Savçenkonun psixiatrik ekspertizaya göndərilməsi səbəbindən Rusiyaya nota verib.

"Biz Rusiya Xarici İşlər Nazirliyinə nota göndərdik. Çünki ukraynalı pilot Nadejda Savçenko psixiatrik ekspertiza zamanı işgəncələrə məruz qalır", deyə XİN-nin açıqlamasında bildirilir.

Oktyabrın 13-də Savçenko stasionar psixoloji-psixiatrik ekpertizadan keçirilməsi üçün Moskvaya gətirilib.

Qeyd edək ki, Savçenko bu ili yay aylarında tutulub. O, Ukraynanın şərqində rusiyalı jurnalistlərin ölümündə ittiham olunur./ANS/

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.